AZ

KİV: Pakistan beş Hindistan qırıcısını vurub - YENİLƏNİB

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən 5 Hindistan qırıcısını vurub.

APA xəbər verir ki, “Geo TV”nin məlumatına görə bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

“Müdafiə naziri Xavaca Asif təsdiq edib ki, Pakistan Hərbi Hava Qüvvələri son cavab tədbiri olaraq ən azı beş Hindistan qırıcısını vurub”, - telekanalın açıqlamasında deyilir.

***

01:36

Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə aid iki döyüş təyyarəsini vurub.

APA xəbər verir ki, bu haqda Pakistan ordusuna istinadən Anadolu Agentliyi məlumat yayıb.

Seçilən
0
1
apa.az

2Mənbələr