Hindistan silahlı qüvvələrinin Pakistana zərbə endirdiyi Sindoor əməliyyatı barədə Rusiyanı məlumatlandırıb...
Poliqon xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hindistan rəsmiləri bildiriblər ki, yüksək rütbəli Hindistan rəsmiləri ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də niyyətləri barədə məlumat veriblər.
Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi Sindoor əməliyyatının başladığını elan edib. Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, lakin “terror infrastrukturu” hədəfə alınıb. Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.
Poliqon.info