Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın hücumlarından sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İslamabadda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb...
Poliqon xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Qeyd edilib ki, görüş səhər saat 10:00-da baş tutacaq.
Qeyd edək ki, mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi Sindoor əməliyyatının başladığını elan edib. Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, lakin “terror infrastrukturu” hədəfə alınıb. Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.
Poliqon.info