AZ

Tramp: Rusiyanın Dünya Çempionatında qadağa qoyulmasından xəbərim yoxdur

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino ilə görüşündə Rusiya millisinin futbol üzrə dünya çempionatında iştirakına qadağa qoyulmasından xəbəri olmadığını etiraf edib...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər. 

Eyni zamanda, siyasətçi Ukrayna münaqişəsi bitdikdən sonra rusiyalı futbolçuların yarışmasına icazə verilməsinin nizamlanma üçün “yaxşı stimul” ola biləcəyi fikrini ifadə edib.

Xatırladaq ki, 2022-ci ilin yazında Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alaraq, Ukraynada baş verən hadisələrə görə Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Rusiyalı futbolçular DÇ-2022-nin pley-off mərhələsini, Dünya Kubokunun özünü və Almaniyada keçiriləcək 2024-cü il Avropa Çempionatını buraxıblar. 2023-cü ilin payızında FİFA və UEFA münaqişə bitənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcəklərinə aydınlıq gətirdilər.

Poliqon.info 

Seçilən
0
2
poliqon.info

3Mənbələr