AZ

KİV: Hindistan üç qoşun növündən istifadə etməklə zərbələr endirib

Hindistan ordusu silahlı qüvvələrin hər üç qolunun dəqiq silahlarından istifadə etməklə Hindistan ərazisindən Pakistandakı hədəflərə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ANI agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Zərbələr yalnız Hindistan ərazisindən endirilib", - məlumatda deyilir.

Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.

Seçilən
0
apa.az

1Mənbələr