BAKI, 7 may. TELEQRAF
Hindistannın Pakistan ərazisinə endirdiyi zərbələr nəticəsində 8 nəfər ölüb, daha 35 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri mətbuat konfransında deyib.
O, daha 2 mülki şəxsin itkin düşdüyünü söyləyib.
Əhməd Şərif Çaudrinin sözlərinə görə, Hindistan Pakistanın altı yaşayış məntəqəsinə ümumilikdə 24 hücum həyata keçirib.