“Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” səhifəsində yazıb.
O qeyd edib ki, məkrli düşmən Pakistanın beş yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.
“Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və ordusu düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - Şahbaz Şərif qeyd edib.