AZ

Makron Suriya prezidenti ilə görüşəcək

BAKI, 7 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü Parisdə Suriya Prezidenti Əhməd Şaraanı qəbul edəcək.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezident Dəftərxanası məlumat yayıb.

Görüş zamanı Makron Fransanın "Suriya cəmiyyətinin təbəqələrinə hörmət edən azad, sabit və suveren Suriyanın" qurulmasına dəstəyini bir daha ifadə edəcək.

Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Bəşər Əsədin devrilməsindən sonra Şaraanın Avropa ölkəsinə ilk səfəri zamanı yeni Suriya hökumətinin üzləşdiyi bir sıra təhlükəsizlik problemləri, xüsusilə İsrailin Suriyanın suverenliyinə qarşı təkrarlanan hücumları müzakirə ediləcək.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr