BAKI, 7 may. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın Pakistanın 5 yaşayış məntəqəsinə etdiyi hücumları pisləyib.
"Düşmən bir daha öz məkrli təbiətini nümayiş etdirdi," - Baş nazir deyib.
O əlavə edib ki, Pakistan Hindistanın təcavüzünə cavab vermək hüququnu özündə saxlayır.
Şahbaz Şərif həm Pakistan xalqının, həm də ölkənin Silahlı Qüvvələrinin düşmənlə necə mübarizə aparmağı və onu məğlub etməyi yaxşı bildiklərini söyləyib.
Baş nazir həmçinin vəziyyəti nəzərdən keçirmək üçün İslamabadda Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.