BAKI, 7 may. TELEQRAF
Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Navaz bütün əyalətdə fövqəladə vəziyyət elan edib.
Teleqraf GEO TV-yə istinadən xəbər verir ki, Pəncab xəstəxanalarında çalışan bütün həkimlərin və tibbi heyətin məzuniyyətləri ləğv edilib.
Bundan əlavə, mülki müdafiə və digər müvafiq bölmələrin əməkdaşları da işə çağırılıb.