AZ

7 qol vuruldu: Çempionlar Liqasının ilk finalçısı bəlli oldu

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyən olub. Turnirin yarımfinal mərhələsinin "İnter" cavab oyunda evdə "Barselona"nı məğlub edib.

Oxu.Az xəbər verir ki, oyunun əsas vaxtında komandalar hərəyə 3 qol vurmaqla 6 dəfə qapı torunu silkələyiblər.

Tərəflər arasında ilk görüş də 3:3 hesablı heç-heçə ilə başa çatdığından matçda əlavə 30 dəqiqə təyin edilib və "İnter" hesabda irəli keçərək tarixi qələbə qazanıb.

Qeyd edək ki, "İnter" finalda PSJ - "Arsenal" cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
0
3
olke.az

4Mənbələr