UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, yarımfinalın cavab matçında “İnter” doğma meydanda “Barselona”nı qəbul edib.
Qarşılaşmanın əsas vaxtə 2:2 hesabı ilə başa çatdığından əlavə hissələr oynanılıb. Burada Kataloniya təmsilçisi hesabda önə keçsə də, italiyanlar geridönüş edərək finala adını yazdırıb - 4:3.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasında ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşmışdı.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
6 may
23:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) - 4:3
Qollar: Martinez, 21(1:0), Çalhanoğlu, 45+1 (2:0), Qarsia, 54 (2:1), Olmo, 60 (2:2), Rafinya, 87 (2:3), Açerbi, 90+3 (3:3), Fratessi, 99 (4:3)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin digər qarşılaşması bu gün Fransada baş tutacaq. PSJ ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi “Arsenal”ı qəbul edəcək.
Turnirin final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.