AZ

Əməliyyat İCAZƏSİ

Əməliyyat icazəsi, təqdim edilən məlumatlar və sənədlər düzgün olduqda 15 iş günü ərzində verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.

Əgər sənədlərdə hər hansı bir çatışmazlıq aşkar edildikdə, istismarçıya 3 iş günü ərzində bildiriş göndərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim edilir və əməliyyat icazəsinin verilib-verilməyəcəyi haqqında qərar qəbul edilir. Əməliyyat icazəsi verildikdə, bu icazə yalnız müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə uyğun şəkildə tətbiq edilə bilər. İstismarçı əməliyyat icazəsini yalnız bu şərtlərə riayət etməklə həyata keçirə bilər. Əməliyyat icazəsi verilmədikdə, imtina qərarı istismarçıya təqdim edilir və ya sifarişli poçtla göndərilir. Əməliyyat icazəsi, yalnız istismarçının özünə verilə bilər və bu icazənin üçüncü şəxslərə ötürülməsi qadağandır. Əməliyyat icazəsi, ümumilikdə 3 ay müddətinə verilə bilər və müvafiq tələblərə riayət olunduğu təqdirdə müddət bitənə qədər istifadə edilə bilər. İstismarçı, verilən qərar haqqında şikayət etmək hüququna malikdir.

Seçilən
0
heftelik.az

1Mənbələr