Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində azı iki nəfər ölüb.
“Report” “Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Məlumata görə, endirilən zərbələr nəticəsində 12 yerli sakin də xəsarət alıb.