AZ

Azərbaycan güləşçiləri "Çempionlar" turnirinə 2 medalla başladı

BAKI. 7 may. TELEQRAF

Azərbaycan 20 yaşadək yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Çempionlar" turnirində mübarizəyə başlayıblar.

Teleqraf xəbər verir ki, ilk yarış günündə 55 kq, 67 kq, 77 kq və 97 kq çəki dərəcələrində yer alan pəhləvanlar çıxış ediblər.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb. Xalid Ələsgərov (55 kq) və Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Bu gün 60 kq, 72 kq və 87 kq çəkilərdəki güləşçilər döşək üzərinə çıxacaqlar.

Seçilən
0
teleqraf.com

1Mənbələr