Moskva meri Sergey Sobyanin mayın 6-da paytaxta doğru uçan 5 pilotsuz təyyarənin (PUA) məhv edildiyini bildirib.
Modern.az xəbər verir ki, Sobyanin özünün Telegram kanalında yazıb: “Moskvaya doğru uçan daha 3 düşmən pilotsuz uçan aparatı məhv edilib”.
Bundan əvvəl Sobyanin 2 PUA-nın vurulduğunu bildirmişdi.
Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri bütün gün ərzində Ukraynaın pilotsuz təyyarələrinin hücumlarını dəf edib. “Rosaviasiya” paytaxt hava limanlarının fəaliyyətinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən Moskvaya uçan təyyarələrin alternativ aerodromlara yönləndirildiyini açıqlayıb.