Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
“Report” xəbər verir ki, hücumu “ARY News” telekanalına Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi təsdiqləyib.
Qeyd olunub ki, Hindistan ordusu hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.
KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.