AZ

Samir Abasov: “Klub rəhbərlyi ilə fikirlərimiz üst-üstə düşür” - VİDEO

Misli Premyer Liqasının builki mövsümü artıq yekunlaşır. Hətta çempionu da vaxtından əvvəl elan ediblər.

Mövzuya bundan sonrakı yazılarda yenə dönəcəm.  Amma indi diqqətimdə 33-cü turda “Kəpəz”son oyun və “Neftçi”nin öz meydanında azarkeşlərini növbəti dəfə məyus etməsinin ardından keçirilən mətbuat konfransında “Neftçi”lərin komandasının baş məşqşisi Samir Abasovun “mia.az”ın əməkdaşının sualına verdiyi cavabdı.

“Mən bu komandaya gələndə 8-ci yerdə idi, onu 2 pillə qaldırmışam”, - deyən baş məşqçi yaydan bəri 6-dan heç yuxarı qalxa bilməyib.

Bununla bağlı mia.az-ın əməkdaşının sualına S.Abasov maraqlı cavab verib:

- Samir müəllim, bir mövsüm başa çatdı və sizin üçün o qədər də uğurlu olmadı. Halbuki, siz bir az üsyankar, bir az motivasiyalı və bir az da iddialı gəlmişdiniz. Amma necə deyərlər, qismət belə imiş. Sizin yəqin “Neftçi” üçün gələcək planlarınız var, hansısa bir taktiki proqram tutmusunuz özünüzçün. Sizin fikirləriniz, planlarınızla klub rəhbərliyinin planları üst-üstə düşəcəkmi? Nə düşünürsünüz? Sizin irəli sürdüyünüz təkliflər, rəhbərlik tərəfindən necə qarşılana bilər? Çünki hazırda “Neftçi”nin indiki durumu yenə də baş məşqçinin üzərinə gətirir nəzərləri, hər kəs bir günah keçisi axtarmağa çalışır, amma mütəxəssislər bildirir ki, əgər bir klubda uğursuzluq varsa, tez-tez baş məşqçi dəyişməyin də faydası olmur. Bu çox da yaxşı taktiki gediş deyil. Yəni sizinçün tənqidlərlə yanaşı, eyni zamanda mütəxəssis olaraq xoş fikirlər də səslənir. Yəqin ki, qulağınıza gəlib çatır. Siz necə düşünürsünüz, irəli sürdüyünüz proqramlar, fikirlər klub rəhbərlyi tərəfindən necə qarşılana bilər? Hər hansı işıq ucu varmı, siz yenidən daha əzmkarlıqla davam edəcəksiniz bundan sonra və sizin fikirlərinizlə klub rəhbərliyinin qərarlarında bir uyğunsuzluq olmayacaq?

Zülfiyyə Mustafayeva

Mia.az

Seçilən
0
mia.az

1Mənbələr