AZ

Masallıda Ağsaqqallar Şurasının illik hesabat konfransı - 2025 » AzadMedia.az


06 may 2025-ci il tarixdə Ağsaqqallar evində Ağsaqqallar Şurasının illik hesabat konfransı keçirilmişdir.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, aparat rəhbəri Ramin Həsənli rayon ağsaqqalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Hesabat yığıncağını giriş sözü ilə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev açaraq şuranın son bir ildəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, rayonda daim ağsaqqallarla görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir, rayonun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallar hər zaman xüsusi rol oynayırlar. Rayon rəhbəri bildirib ki, cari il ərzində təşkilat ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin geniş təbliğini həyata keçirmək olub.

44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi və bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrini və qazilərimizi diqqətdə saxlayır və onların məişət problemlərinin, digər qayğılarının yaxşılaşdırılması üçün tapşırıqlar veriblər.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov gənclərlə aparılan işlərin daha da artırılmasından danışaraq, bu sahədə, əsasən də rayon ərazisində hərtərəfli maarifləndirici fəaliyyətin həyata keçirilməsinin vacibliyini qeyd edib və vurğulayıb ki, biz ağsaqqallar ölkəmizin ictimai-siyasi həyatında dahada yaxından iştirak etməli, gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əlimizdən gələn köməkliyi göstərməliyik, çünki gənclər bizim gələcəyimizdir. Ölkəmizdə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı geniş miqyaslı quruculuq - abadlıq işlərindən, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan söhbət açıb.

Məruzə ətrafında müzakirələrdə idarə heyətinin üzvü iki şəhid anası Ziba Əsgərli, şura üzvləri Eminağa Hüseynov, Türkoba ərazisi üzrə şuranin nümayəndəsi Əfqan İbrahimov və başqaları çıxış edərək qurumun cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu diqqətə çatdırmışlar.

Natiqlər şuranın fəaliyyətini müsbət dəyərləndirmiş və bir sıra təkliflər vermişlər. Ölkəmizdə, xüsusilə də işğaldan azad olunan torpaqlarımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuq işlərindən bəhs ediblər və bu gün həmin torpaqlarda yenidən qurma işləri aparılır. Aparılan işlərə sərmayə qoyuluşunun 80-90 faizini Azərbaycan öz hesabına həyata keçirir ki, bu da bir daha dövlətimizin malik olduğu iqtisadi qüdrəti göstərir.
Seçilən
0
1
azadmedia.az

2Mənbələr