AZ

Qara həyat sürətin nəticəsidir

Gənclərin təhlükəli sürücülük etmələri və bununla həyatlarını itirmələri cəmiyyəti düşündürən bir mövzuya çevrilib.

Son zamanlar gənclərin təhlükəli avtomobil idarə etmələri onların həyatlarının fəda edilməsinə bərabər olur. Morqlardakı qışqırıq və ağrılı anlar, bu faciələrin sadəcə anların deyil, həm də bir çox sosial, psixoloji amillərin nəticəsi olduğunu göstərir.Bəs bu sürət həvəsi hardan gəlir?

Bəziləri sadəcə, həvəs, bəziləri sadəcə, yarış olaraq cavablayırlar. Amma ən böyük səbəb depressiyadır. Depressiya və təhlükəli sürücülük arasında əlaqə, təkcə emosional bir vəziyyətin təzahürü deyil, həm də psixoloji vəziyyətin nəticəsidir. Depressiya yaşayan gənclər həyatlarını təhlükəyə atmaqla həm özlərinə, həm də cəmiyyətə böyük ziyan vururlar. Bu məsələnin həlli üçün həm depressiya ilə bağlı müalicə, həm də gənclərin təhlükəsiz sürücülük haqqında maarifləndirilməsi çox vacibdir.

Yarış həvəsinə adətən 18-25 yaş arası gənclərimizdə rast gəlirik. Həm qızlar, həm də oğlanlar sürətin cazibəsinə qapılaraq həyatlarını təhlükəyə atırlar. Bəziləri bu həvəsin nəticəsində həyatlarını, bəziləri isə ciddi yaralanmalar sonuncu bir bədən üzvünü itirir. Bu isə peşmançılığa səbəb olur.Gənclərin sürət həvəsi, bəzən içlərindəki dərin emosional boşluğu və depressiyanı gizlətmək üçün təhlükəli yollara baş vurmalarına səbəb olur, amma bu davranışın nəticəsi yalnız faciəvi ola bilər.

Bu gənclərin "sürət" adlandırdıqları şey, əslində həyatın sonsuz dəyərinin nə qədər kiçik bir anlıq həyəcanla qarşısını aldığını göstərir.

Jalə Quliyeva,
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisasının 2-ci kurs tələbəsi

Seçilən
0
ikisahil.az

1Mənbələr