Kiyev hakimiyyəti cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını və ardınca 30 kilometrlik demilitarizasiya zonasının yaradılmasını istəyir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.
“Ukraynalılar hazırkı təmas xətti boyunca atəşkəsin əldə olunmasını, sonra isə demilitarizasiya zonasının yaradılmasını istəyirlər”, – deyə Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kiyev bu məqsədlə Ukrayna ordusunun 15 kilometr geri çəkilməsini nəzərdən keçirir və ABŞ-dan Rusiyanı da eyni addımı atmağa inandırmasını gözləyir.
“Nəticədə 30 kilometrlik bir zona formalaşır ki, onun üzərində müşahidə aparmaq mümkün olacaq”, – deyə ABŞ rəsmisi əlavə edib. /globalinfo.az/