AZ

Qərbi Azərbaycan Xronikası: Adı dəyişdirilib Razdan qoyulan Oğuz yurdu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Adı dəyişdirilib Razdan qoyulan Oğuz yurdu” adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Axta, Axtala toponimi, Axtala oykonimi və hidronimi haqqında söz açılır.

Bildirilir ki, ermənilər zaman-zaman azərbaycanlıları təqib edib, bizə məxsus toponimləri məhv edib, həm tarixi mənsubiyyətinə, həm də etnik tərkibinə görə oğuz türklərinə məxsus ərazilərə sahib çıxmağa çalışıblar.

Vurğulanır ki, ermənilərin Qərbi Azərbaycanın qədim yurd yerlərinin adını, tarixini və mədəni mənzərəsini təhrif etməsi, özlərinə uyğun yenidən yazmaq məqsədi heç kim üçün sirr deyil: “Təbii ki, belə məkrli əməllərin qarşısının alınması indi mühüm əhəmiyyət daşıyır və bu, zamanın tələbidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Seçilən
0
report.az

1Mənbələr