Nüvə imkanlarının modernləşdirilməsi Hərbi Hava Qüvvələri üçün əsas prioritet olaraq qalır.
Operativ Media xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri general Devid Elvin bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasındakı dinləmələrdə danışıb.
Elvinin sözlərinə görə, hazırda ABŞ Hərbi Hava Qüvvələri F-15 və F-35 qırıcılarının, eləcə də B-52 strateji bombardmançılarının yenilənməsi ilə ciddi şəkildə məşğuldur.
O bildirib ki, bu addımlar ABŞ-nin dəyişən təhlükələrə uyğunlaşması baxımından vacibdir.
General əlavə edib ki, Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində altıncı nəsil "F-47" qırıcısının yaradılmasına da böyük həcmdə sərmayə yatırılır.
Bu yeni nəsil təyyarə NGAD (Next-Generation Air Dominance) proqramı çərçivəsində hazırlanır və onun üzərində iş artıq uzun müddətdir ki, aparılır.
Donald Tramp Boeing şirkətinə bu layihənin həyata keçirilməsi üçün kontrakt təqdim edib.
Onun sözlərinə görə, eksperimental modelin sınaq uçuşları artıq beş ildir ki, həyata keçirilir və yeni qırıcı digər ölkələrin aviasiyasını qabiliyyət baxımından xeyli üstələyəcək.