AZ

Qvardiola məşqçilik karyerasındakı ən çətin rəqibini açıqladı

“Mançester Siti”nin baş məşqçsisi Xosep Qvardiola məşqçilik karyerasındakı ən çətin rəqibinin adını futbol ictimaiyyətinə açıqlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Yurgen Klopun “Liverpul”u mənim məşqçilik karyeramda ən böyük sınaq oldu. O, mənə həmişə başağrısı törədərdi. Mən, onu necə dayandırmağı anlamağa cəhd edərək, özümün məşqçilər qərargahımla o qədər günlər və gecələr keçirmişəm ki… Elə vaxtlar olub ki, mən düşünmüşəm: “Mən bunu etdim”, növbəti gün isə mənim daxilimə boşluq çöküb. Mən daha güclü rəqiblə heç vaxt rastlaşmamışam”, deyə “Pep” vurğulayıb.

Qvardiolanın müvafiq açıqlaması sosial şəbəkərldə birmənalı qarşılanmayıb. Azarkeşlər Qvardiolanın, ispan mütəxəssisin “pişiyini ağaca dırmaşdırmış” portuqal mütəxəssis Joze Mourinyo haqda xatırlatma etməsini də istəyiblər.

Əlavə edək ki, Qvardiolanın “Barselona”sı ilə “Mour”un “Real”ı arasındakı rəqabətin nəticəsi olaraq, “Pep” bir müddət məşqçilikdən baş götürüb getməli olmuşdu.

Yurgen Klopa gəlincə, alman mütəxəssis də məşqçiliyin “başını buraxıb”. Hazırda Klopp “Red Bull” şirkətində futbol əməliyyatları üzrə dünyəvi rəhbər vəzifəsindədir. Azarkeşlərin təbirincə desək, kostyum və qalstukda gəzib-dolaşır, meydanın ot ətrini almır.

Seçilən
0
arena.az

1Mənbələr