Hindistan hücum etsə, bu planetdə heç kim sağ qalmayacaq.
İnterpress.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib.
Pakistanın müdafiə naziri deyib ki, Hindistan hücum etsə, “bu planetdə heç kim sağ qalmayacaq”.
“Hindistan hücum edərsə və Pakistanın varlığı təhlükə altına düşərsə, heç kim sağ qalmayacaq. Biz heç bir başqa ölkənin bu planetdə yaşamasına icazə verməyəcəyik”, – Asif bildirib.
Bundan əvvəl Hindistan və Pakistan arasında müharibə ehtimalının artdığı bildirilirdi.
Xuraman Etibarlı
İnterpress.az