“Mançester Siti”nin 33 yaşlı yarımmüdafiəçisi Kevin De Bruyne klub rəhbərliyinə açıq şəkildə bildirib ki, onunla bağlı mövqelərini dəyişsələr, o, müqaviləsini uzatmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə “Ged me Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, belçikalı futbolçunun “hələ də ən yüksək səviyyədə çıxış edə biləcəyini sübut etmək istəyi güclüdür”. 33 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə komandaya İngiltərə çempionluğunu qaytarmağa kömək edə biləcəyinə inanır. Bu səbəbdən “Mançester Siti”nin rəhbərləri onun gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaqlarını açıqlayanda De Bruyne son dərəcə məyus olub.