AZ

Tramp: ABŞ və Kanada nə olursa olsun dost olaraq qalacaq

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşü zamanı fikir ayrılıqlarına baxmayaraq, ölkələr arasında münasibətlərin dostcasına qalacağını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

“Biz istənilən halda Kanada ilə dost olaraq qalacağıq. Bu, mənim üçün çox xüsusi yerdir. Orada çoxlu dostlarım var, anamın Kanadada qohumları var idi”, – Tramp deyib.

O əlavə edib ki, kanadalılara hörmət edir və “Kanadanı çox sevir”.

Seçilən
0
nocomment.az

1Mənbələr