
Los-Ancelesdə inanılmaz hadisə yaşanıb – 56 yaşlı məşhur aktrisa Cennifer Enistonun evinin qarşısında təhlükəli avtomobil qəzası baş verib. 🏡 TMZ-nin polis mənbələrinə istinadən verdiyi məlumata görə, yaşlı bir kişi Enistonun Bel-Eyrdəki mülkünün darvazasına çırpılıb.Hadisə yerli vaxtla bazar ertəsi günorta saatlarında baş verib. Eniston həmin vaxt evində olub. Qəza səsini eşidən mühafizəçilər dərhal hadisə yerinə qaçaraq sürücünü avtomobildən çıxarıb və polis gələnə qədər onu nəzarətdə saxlayıblar. 👮♂️Məlumata görə, saxlanılan şəxsin təxminən 70 yaşı var. Hazırda hadisənin motivləri və sürücünün vəziyyəti araşdırılır. 💥✍️"Ulusum".az
Diqqət Çəkənlər
Prezident Tramp Rusiyada həbsdə olan Kseniya Karelina ilə görüşdü - VİDEO
Trampdan Ərdoğana Zəng: Ukraynada Sülh Üçün Birlikdə Hərəkət Etməliyik
Tramp deyir ki, Rusiya Ukraynanın hamısını "istəyir"