“WhatsApp” istifadəçiləri bəzən təhlükəsizlik kodunun dəyişdirildiyi barədə bildiriş ala bilirlər. Metbuat.az xəbər verir ki, bu, xüsusilə xəbərdarlığı daha əvvəl müşahidə etməyənlər üçün çaşqınlıq yarada bilər və bəzi istifadəçilər hətta hesablarının oğurlandığını düşünə bilərlər. Məlumata görə, bildiriş hesabda təhlükəsizlik probleminin olması demək deyil. Bildirilir ki, “WhatsApp”da təhlükəsizlik kodu istifadəçilər arasında mesajlaşmanın təhlükəsizliyini təmin etmək üçün istifadə edilən xüsusiyyətdir. Bu kod sayəsində mesajlar şifrələnir. Təhlükəsizlik kodu QR kodu və ya profil məlumatında 60 rəqəmli nömrə kimi ola bilər. Hər bir istifadəçinin özünəməxsus təhlükəsizlik kodu var. Məlumata görə, təhlükəsizlik kodu barədə bildiriş söhbət edənlərdən biri “WhatsApp” proqramını telefonundan silib yenidən quraşdıranda, istifadəçi telefon nömrəsini dəyişəndə, “WhatsApp”da kontakt əlavə edildikdə və ya silindikdə, “WhatsApp” vebdən istifadə edəndə işə düşə bilər.