"Kəpəz" klubunda yeni təyinat reallaşıb.
Fanat.Az xəbər verir ki, telejurnalist Gəray Qiyasov yeni yaradılan Media və Marketinq departamentinin direktoru təyin olunub.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Qiyasov "Real" televiziyasındakı fəaliyyəti ilə tanınır. Həmkarımız təyinatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib: "Bir parçasına çevrilmək istədiyim 2 futbol klubu olub həmişə. Biri əlbəttə ki, sadəcə xəyaldır. Amma o biri yox. Bu gündən etibarən mənim üçün hər zaman doğma olan, doğulub boya-başa çatdığım Gəncə şəhərini təmsil edən "Kəpəz" futbol klubunun bir üzvüyəm. Bundan sonra klubun Media və Marketinq üzrə Direktoru vəzifəsində çalışacam. Mənim üçün yeni bir çağırışdır. Ümid edirəm, hətta inanıram ki, öhdəsindən gələcəm. Yanımda olan, dəstək olan və olacaq hər kəsə də təşəkkür edirəm".