AZ

“The Hill”: Tramp Putinə Ukrayna müharibəsində sərbəstlik verib

"ABŞ prezidenti kimi Trampın Putinə potensial təsir rıçaqları çoxdur və istəsə, onlardan istifadə edə bilər..."
 
Trampın ritorikası nə qədər sərt olsa da, o, təcavüzkarın hərbi səylərinə zərər vuracaq heç bir praktik addım atmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
 
Rusiya diktatoru Vladimir Putin açıq şəkildə Donald Trampla istehza ilə danışır, müharibənin sülh yolu ilə həllinə dair bütün çağırışları görməzdən gəlir və Ukraynaya hücumlarını yalnız artırır. 
 
Özünün müəllif məqaləsində Stenford Universitetinin Beynəlxalq Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin əməkdaşı, 1998-2000-ci illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş Stiven Payfer yazır.:
 
"Prezident Tramp dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə "çox yaxşı" münasibətlərini öz üstünlüyü kimi göstərib. Lakin bu "çox yaxşı" münasibətlər Kremlə Rusiya-Ukrayna müharibəsinin həllində razılaşmaya daha meyilli mövqe tutmağa gətirib çıxarmayıb", - o, yazır.
 
Payfer Trampın son zamanlar Ukraynada atəşkəs çağırışlarını və Rusiyaya qarşı sanksiyalarla hədələmələrini sadalayır, lakin Putin heç bir ciddi addım atmayıb. Belə ki, Kreml 30 günlük atəşkəs təklifini rədd edib, Trampın Ukraynaya qarşı raket hücumlarını dayandırmaq çağırışına isə Rusiya Ukrayna şəhərlərinə genişmiqyaslı hava terroru ilə cavab verib.
 
Putinin bariz barışmazlığına baxmayaraq, Tramp Rusiyanı danışıqlara məcbur etmək üçün heç bir real addım atmayıb - nə yeni sanksiyalar tətbiq edilib, nə də xüsusi nümayəndə Stiv Uitkoffun Moskvaya səfərləri ləğv olunub.
 
"Putin Trampla oynayır. Bunu indi ABŞ prezidenti anlayırmı? Tramp nəhayət tədbir görəcəkmi? Putin təcrübəsindən öyrənib ki, ABŞ prezidentindən real addımlar deyil, yalnız sözlər gəlir. Və bu sözlər getdikcə daha zəif və təsirsiz görünür", - Payfer yazır.
 
Sabiq diplomat qeyd edir ki, ABŞ prezidenti kimi Trampın əslində potensial təsir rıçaqları çoxdur və istəsə, onlardan ilk növbədə sanksiya təzyiqi və Ukraynaya hərbi yardımın artırılması sahəsində istifadə edə bilər.
 
"Belə addımlar Putini reallıqla üzləşdirəcək: əgər o, müharibəni davam etdirərsə və ciddi danışıqlara başlamazsa, Rusiya üçün hərbi, iqtisadi və siyasi xərclər artacaq. Tramp əslində Rusiyanı müharibəni dayandırmağa məcbur edəcək çox şey edə bilər. Əgər Putinin diqqətini çəkmək istəyirsə, buna başlamaq vaxtıdır", - sabiq ABŞ səfiri vurğulayıb.
 
Seçilən
0
moderator.az

1Mənbələr