AZ

AİB və Azərbaycan yeni tərəfdaşlıq strategiyasını və layihə portfelinin inkişafını müzakirə edəcək - Yevgeni Jukov (ÖZƏL MÜSAHİBƏ)

Milan. Trend:

Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan yeni tərəfdaşlıqstrategiyası və layihə portfelinin inkişafı məsələlərini müzakirəedəcəklər.

Bunu Milanda keçirilən 58-ci İllik Toplantı çərçivəsindəTrend-in Milanaezam olunmuş xüsusi müxbirinə özəl müsahibəsində AİB-in Mərkəzi vəQərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov deyib.

"Biz burada, Milanda Azərbaycan nümayəndə heyəti ilə görüşəcəyikvə qarşıdan gələn ölkə tərəfdaşlığı strategiyasını, eləcə də,layihə portfelimizin inkişafını müzakirə edəcəyik", - o deyib.

Jukov qeyd edib ki, yeni strategiyanın əsas istiqamətləri“yaşıl” enerji, əlaqəliliyin inkişafı və ümumilikdə Azərbaycaniqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdir.

"Bir çox iqtisadi fəaliyyət enerji sektorunda, xüsusilə də qalıqyanacaqlarda cəmlənib və hökumət bundan uzaqlaşmaq istəyir. Biz busəylərdə hökuməti dəstəkləmək istəyirik", - o deyib.

“Yaşıl” enerji sahəsində əməkdaşlıq

"Biz hökumətin bəyan etdiyi hədəflərə - 2030-cu ilə qədər 30%-əçatmağa çalışırıq. Keçən il hökumət Azərbaycanda bərpa olunanenerjinin payını 2030-cu ilə qədər 30%-ə çatdırmaq istədiyiniaçıqlamışdı. Bu məqsəd açıqlananda çoxları buna şübhə iləyanaşırdı. Amma indi proqnozlar göstərir ki, ölkə, çox güman ki,planlaşdırılmamış tarixə qədər bu rəqəmi keçəcək", - Jukovbildirib.

O qeyd edib ki, həyata keçirilən layihələr arasında Ələtdəkielektrik stansiyası da var ki, o, artıq tam istifadəyə verilib.

"Keçən il biz iki günəş enerjisi layihəsini təsdiqlədik. Bu ilisə bir böyük külək enerjisi layihəsini həyata keçirməyiplanlaşdırırıq. Biz, həmçinin, şəbəkənin sabitliyini təmin etməküçün potensial enerji saxlama layihələri ilə bağlı özəl sektorladanışıqlar aparırıq. Yəqin ki, İspaniyada keçən həftə baş verənlərigördünüz və biz region ölkələrinin oxşar vəziyyətlərləüzləşməməsini istəyirik. Biz artıq Gürcüstana oxşar sərmayəqoymuşuq - bu həftə maliyyə naziri ilə saziş imzalanıb", - o əlavəedib.

Jukov qeyd edib ki, Trans-Xəzər “yaşıl” dəhlizi daha bir yenitəşəbbüsdür.

"Biz bu il ilkin texniki-iqtisadi əsaslandırmaya başlayacağıq.Əgər o, layihənin səmərəli olduğunu göstərsə, biz tamtexniki-iqtisadi əsaslandırmaya keçəcəyik və sonra layihənin özününhazırlanmasına başlayacağıq.

Biz, həmçinin, Bakıda daha yaşıl nəqliyyat həllərini tətbiqetmək üçün Azərbaycan hökuməti ilə işləyirik. Azərbaycan Bakımetropoliteninin genişləndirilməsi üçün AİİB-dəki (Asiyaİnfrastruktur İnvestisiya Bankı) həmkarları ilə birlikdə dəstəküçün bizə müraciət edib. Bu, AİİB ilə birlikdə işləyəcəyimizkonkret təşəbbüsdür”.

Orta Dəhlizdə darboğazların aradanqaldırılması

Jukov qeyd edib ki, “sərt” infrastruktura davamlıinvestisiyaları davam etdirməklə yanaşı, “yumşaq” infrastruktura dadiqqət yetirmək lazımdır:

"Çünki bizdə vəziyyətlər var - ola bilsin ki, mütləq OrtaDəhlizdə yox, başqa marşrutlarda - yolun çəkildiyi yerdə yükmaşınları sürətlə gedir, sonra isə onlar bir-iki həftə sərhədyoxlamalarında olurlar. Ona görə də biz bu sahədə yumşaqinfrastrukturu və region ölkələri arasında əməkdaşlığıyaxşılaşdırmalıyıq.

Hazırda Gürcüstan və Azərbaycanda müzakirə etdiyimiznümunələrdən biri də bu ölkələrdə birgə sərhəd-keçid məntəqələrininyaradılmasıdır”.

Jukov vurğulayıb ki, əsas məqsəd rəqəmsal texnologiyalardan vəsənədsiz sənəd idarəetməsindən istifadə etməklə səyahəti mümkünqədər asanlaşdırmaqdır ki, insanlar və mallar regionda ciddimaneələr olmadan hərəkət edə bilsinlər.

Manatla istiqrazların emissiyası

Jukov xatırladıb ki, Asiya İnkişaf Bankı 2021-ci ildən manatlaistiqrazlar buraxır və bu təcrübəni davam etdirməyiplanlaşdırır.

"Bizim manat istiqrazlarının buraxılış həcmlərimiz, statistikməlumatlardan da göründüyü kimi, artır və ümid edirik ki, butendensiya davam edəcək. Biz müşahidə etmişik ki, regionun bir çoxölkələri, xüsusilə də yuxarı orta gəlirli ölkələr AİB-dən borcgötürməyə getdikcə daha çox ABŞ dolları, yapon yeni və ya avro ilədeyil, öz milli valyutası ilə üstünlük verirlər.

Ona görə də belə istiqrazların buraxılması ilə biz milli valyutabazarının inkişafına kömək etməyi qarşımıza məqsəd qoymuşuq ki, buda öz növbəsində hökumətin manatla maliyyələşdirmə tələbləriniödəməyə imkan verəcək”.

Seçilən
0
az.trend.az

1Mənbələr