AZ

Modi: Ölkənin çaylarından gələn su yalnız onun maraqlarına xidmət edəcək

Hindistan hökumətinin başçısı Narendra Modi bildirib ki, Hindistan çaylarından gələn su artıq ştatdan kənara axmayacaq və yalnız onun maraqlarına xidmət edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Times of India” məlumat yayıb.

“Əvvəllər Hindistana məxsus su ölkənin hüdudlarından kənara çıxırdı. <…> [İndi] o, Hindistanın xeyrinə xidmət edəcək və yalnız ölkənin maraqları üçün istifadə olunacaq”, – Hindistanın baş naziri bildirib.

Mayın 4-də Hindistanın Pakistanla sərhəddə yerləşən Çenab çayı üzərindəki Bağlıhar bəndindən su axını dayandırdığı bildirilib. KİV-in məlumatına görə, ölkə Jelum çayı üzərindəki Kişanqanqa bəndində də analoji tədbirlər görməyi planlaşdırır.

Seçilən
0
nocomment.az

1Mənbələr