AZ

Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi


Kadırov Çeçenistanın rəhbəri vəzifəsindən azad edilməsini istəyib.Bundan əlavə, o, mümkün varisi haqqında da fikirlərini bölüşüb.Lakin Kadırov, Çeçenistan rəhbəri kimi səlahiyyətlərinin götürülməsi tələbi ilə konkret kimə müraciət etdiyini açıqlamayıb. Xatırladaq ki, “Şərhlər” portalı Rusiya mediasının Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin pisləşdiyi barədə məlumat yaydığını yazıb. Qeyd olunur ki, məhz bu fakt onu hakimiyyətin ötürülməsi prosesini intensivləşdirməyə sövq edib. Rusiya mətbuatının yazdığına görə. 14 övladı olmasına baxmayaraq, Kadırov bütün diqqətini qızı Aişat və varisi hesab edilən 17 yaşlı oğlu Adama yönəldib.

Hazırda Kadırovun əsas məqsədi hakimiyyətin davamlılığını təmin etmək və Putinin dəstəyini alaraq təhlükəsizlik qüvvələri və biznes üzərində ailə nəzarətini saxlamaqdır. Həmçinin, “Şərhlər” Rusiya mətbuatının Kadırovun dəhşətli diaqnozunu aşkarladığını yazıb. Kreml rejimi tərəfindən təyin edilmiş Çeçenistanın rəhbəri Ramzan Kadırov ağır xəstədir - onun mədəaltı vəzi nekrozu var, bu xəstəlik onun sağalacağına heç bir ümid yeri qoymur. Qeyd edilir ki, Kadırova ilk dəfə 2019-cu ilin yanvarında pankreas nekrozu diaqnozu qoyulub.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr