AZ

Keyn karyerasının ilk titulunu qazanmasına münasibət bildirdi

"Bayern Münhen"in hücumçusu Harri Keyn karyerasının ilk mükafatını qazanmasına - Almaniya çempionu ünvanına sahib çıxmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, ingilis forvardın sözlərini ESPN belə çatdırıb:

"Oyunçular və personalla əla şənləndik. Gözəl gecə idi. Özümü əla hiss edirəm. Bu, çəkilən zəhmətin nəticəsidir. Karyeramın ilk titulunu qazanmaq olduqca xoşdur. Qələbəni "Alyans Arena"da azarkeşlərimizlə birlikdə qeyd etmək və şənlənmək üçün şənbə gününü səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, cari mövsüm Almaniya Bundesliqasında 29 matça çıxan Keyn 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr