Milan. Trend:
Yaxın vaxtlarda Qırğızıstanda Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq (CAREC) Proqramı çərçivəsində yüksək vəzifəli şəxsləringörüşü keçiriləcək.
Trend-in Milanaezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiyaİnkişaf Bankının (AİB) 58-ci İllik Toplantısı çərçivəsindəkeçirilən brifinqdə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və QərbiAsiya Departamentinin Regional Əməkdaşlıq və Əməliyyatlar üzrəKoordinasiya şöbəsinin direktoru Ləzizə Sabirova deyib.
"Qırğızıstan Respublikası ilə Asiya İnkişaf Bankı arasında çoxsıx əməkdaşlıq var. Yeri gəlmişkən, keçən il biz tərəfdaşlığın30-cu ildönümünü qeyd etdik. CAREC proqramına gəlincə,Qırğızıstanda bir çox regional tədbirlər keçirilir. Xüsusilə çoxyaxında - iyun ayında İssık-Kulda CAREC-in yüksək vəzifəlişəxslərinin görüşü keçiriləcək. Tədbirdə 10 ölkənin nümayəndələriiştirak edəcəklər. Həmçinin, noyabrın ikinci yarısında keçiriləcəknazirlər konfransına hazırlaşırıq”, - Sabirova qeyd edib.
O əlavə edib ki, CAREC institusional fəaliyyətlə yanaşı,nəqliyyat, enerji və ticarətin asanlaşdırılması üzrə fəal işçiqruplarına malikdir.
"Əsas iş burada gedir. Ölkələr bir araya gəlir, regionaləməkdaşlıq layihələrini müzakirə edir və təşviq edir. Bundan başqa,birbaşa Qırğızıstan hökuməti tərəfindən irəli sürülən bir çoxtəşəbbüslər olub", - o vurğulayıb.