
“Bayer Leverkuzen” “Real Madrid”in U19 baş məşqçisi Alvaro Arbeloanı Xabi Alonsonun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Migel Anxel Diaz məlumat yayıb.
Mənbənin sözlərinə görə, “əczaçılar” mövsümün sonunda Xabi Alonsonun komandadan ayrılacağı təqdirdə 42 yaşlı ispan mütəxəssislə müqavilə imzalamaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, daha əvvəl Karlo Ançelottinin mümkün qovulmasından sonra Xabi Alonsonun “Bayer”dən ayrılıb “Real Madrid”ə rəhbərlik edə biləcəyi barədə məlumatlar yayılıb.
Alvaro Arbeloa 2022-ci ilin yayından “Real Madrid”in U19 komandasına rəhbərlik edir. Bu, Arbeloanın baş məşqçi kimi ilk işidir.