AZ

Minifutbol turnirinin qalibi müəyyənləşdi

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışda əvvəlcə üçüncü yer uğrunda oyun keçirilib.

Daxili İşlər Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında baş tutan bu görüş gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Daxili İşlər Nazirliyi rəqibini 4:1 hesabı ilə məğlub edərək turnirin bürünc medalına sahib olub.

Daha sonra tədbir turnirə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib. “Gimnastika hamı üçün” komandasının maraqlı və əyləncəli çıxışları təqdim olunub. Mardan Band ifa etdiyi musiqi nömrələri ilə tədbirə xüsusi rəng qatıb.

Final oyunundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Günün əsas qarşılaşması - final oyunu isə Ədliyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında keçirilib. Görüşdə üstün oyun sərgiləyən Ədliyyə Nazirliyi rəqibini 2:0 hesabı ilə məğlub edərək III minifutbol turnirinin qalibi olub.

Seçilən
0
fanat.az

1Mənbələr