AZ

“Yuventus”un müdafiəçisi zədələnib

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Andrea Kambyaso sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu A Seriyasının "Bolonya" ilə son oyununda (1:1) zədələnib.

Tibbi müayinədən sonra futbolçuya sol ayağının bud əzələsinin uzanması diaqnozu qoyulub.

Qeyd edək ki, bu mövsüm Kambyaso 40 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.

“Mançester Yunayted” Onanaya əvəzləyici tapıb

Ronaldonun oğlu milliyə çağırılıb

Keçmiş dünya çempionu vəfat edib

"Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb

Keyn "Bavariya"dan ayrılır?

Seçilən
0
apasport.az

1Mənbələr