AZ

İkinci Liqa: "Şəmkir" darmadağınla 4-cü pilləyə yüksəldi

Azərbaycan İkinci Liqasında 24-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bazar günü start götürən tur çərçivəsində bu gün daha 2 görüş baş tutub. 

Autsayderlərdən olan "Ağdaş" səfərdə "Qusar"ı məğlub edərək iki pillə irəliləyib və 11-ci yerə yüksəlib. 

Günün son oyununda isə "Şəmkir" "Füzuli"ni qonaq edib. Vüqar Nadirovun komandası rəqibini evdə darmadağına məruz qoyaraq 4-cü pilləni ələ keçirib.

Qeyd edək ki, 4 mayda keçirilən turun açılış oyununda "Şəfa" "Şahdağ"la qolsuz heç-heçəyə (0:0) razılaşıb. Turun qalan oyunları sabah baş tutacaq. 

İkinci Liqa
24-cü tur
6 may

Qusar - Ağdaş 1:2
Qollar:
Ə.Məmmədli, 15 - T.Zeynalov, 10. E.Süleymanov, 55.

Şəmkir - Füzuli 3:0
Qollar:
R.Cəfərov, 5. V.Cəfərov, 57. M.Əhmədov, 90+3.

Seçilən
0
fanat.az

1Mənbələr