AZ

Paşinyan Qələbə paradına dəvət olundu

BAKI, 6 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan 9 mayda Moskvada keçiriləcək Qələbə paradına dəvət olunub və tədbirdə iştirak etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Düşünürəm ki, bu, artıq məlum faktdır. Nikol Paşinyan MDB-nin digər liderləri ilə yanaşı, təntənəli tədbirlərə dəvət olunub və bizim başa düşdüyümüzə görə, gəlmək niyyətindədir, gəlməyi planlaşdırır”, - o vurğulayıb.

Zaxarova əlavə edib ki, bu məlumatın dəqiqləşdirilməsi üçün Ermənistan tərəfinə və Rusiya Prezident Administrasiyasının mətbuat xidmətinə müraciət olunmalıdır.

Hərbi kontingentlərin parad iştirakına gəlincə, Zaxarova bildirib: “Müxtəlif ölkələrdən hərbi kontingentlərin iştirakı planlaşdırılır, lakin konkret məsələlər üzrə Rusiya Müdafiə Nazirliyinə müraciət etmək lazımdır, çünki paradın təşkili ilə onlar məşğuldur”.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr