AZ

İçərisində sürücü olan avtomobil yandı

GÖYGÖL, 6 may. TELEQRAF

Göygöldə içərisində sürücü olan avtomobil yanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Belə ki, hərəkətdə olarkən "Chevrolet" markalı avtomobil anidən alışıb. Hadisə zamanı sürücü avtomobildən çıxa bilib.

Yanğın yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Göygöl rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr