AZ

“Fənər”in futbolçusu “Zenit”ə transfer ola bilər

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça”nın futbolçusu Sofyan Amrabat karyerasını Rusiyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə “Zenit” yaxından maraqlanır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İddialara görə, komanda 28 yaşlı futbolçunu yayda heyətinə qatmağı planlaşdırır.

Xatırladaq ki, “Fənər” Amrabatı mövsümün əvvəlində məcburi satınalma variantı ilə “Fiorentina”dan icarəyə götürmüşdü.

Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm “sarı-lacivərdlilər”lə meydana çıxdığı 40 rəsmi matçda 2 qol, 3 assistlə yadda qalıb.

 

Ronaldonun oğlu milliyə çağırılıb

Keçmiş dünya çempionu vəfat edib

"Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb

Keyn "Bavariya"dan ayrılır?

“Əl-Hilal” "Mançester Yunayted"in yarımmüdafiəçisi ilə maraqlanır

Seçilən
0
apasport.az

1Mənbələr