Bakı. Trend:
Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafınaböyük əhəmiyyət verir.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “VietnamNews Agency” agentliyinə müsahibəsində söyləyib.
“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdədə artırmaq üçün potensialımız mövcuddur”, - deyən dövlətimizinbaşçısı ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyətgöstərdiklərini vurğulayıb.