Yaxın vaxtlarda Avropa Şurasının tərkibində 40 ölkənin iştirakı ilə Rusiya məsələsi üzrə xüsusi tribunal yaradılacaq. Bu tribunala şəxsən şuranın baş katibi Alen Berse başçılıq edəcək.
APA “unian”a istinadən xəbər verir ki, bu açıqlamanı Ukraynannın xarici işlər naziri Andrey Sibiha verib.
“Rusiyanın aqressiyasının araşdırılması ilə məşğul olacaq tribunalın formalaşması prosesi qarşıdakı zaman ərzində yekunlaşacaq”.