ABŞ-nin apellyasiya məhkəməsi prezident Donald Tramp administrasiyasının yüz minlərlə immiqrantın müvəqqəti hüquqi statusunu ləğv etmək tələbini rədd edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunula bağlı Türkiyə KİV məlumat yayıb.
Boston 1-ci Dairə Apellyasiya Məhkəməsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yüz minlərlə mühacirin hüquqi statusuna xitam vermək cəhdinə etiraz edən immiqrant hüquqları müdafiəçilərinin iddiası ilə bağlı qərar verib.
Məhkəmə keçmiş prezident Co Bayden dövründə başlayan və Ukrayna, Əfqanıstan, Kuba, Haiti, Nikaraqua və Venesuela da daxil olmaqla ölkələrdən gələn mühacirlərin ABŞ-də müvəqqəti sığınacaq axtarmasına icazə verən proqramın sona çatmasına icazə vermədi.
Apellyasiya məhkəməsi Daxili Təhlükəsizlik Departamentinin yüz minlərlə immiqrantın hüquqi statusuna xitam verilməsi tələbini rədd edib.