Bakı. Trend:
Bakı Taxıl Terminalı (BTT) Qazaxıstan buğdasının ilk partiyasınıqəbul edib.
Trend xəbərverir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
"Bu, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli ticarətmünasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını qoyur. Bumünasibətlə "Ak Bıday Terminal" ASC-nin İdarə Heyətinin SədriNurlan Erkojaulı işgüzar səfərlə Bakıya gəlib.
Səfər proqramına aqrar logistika və ticarət sahəsindəəməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas görüşlərdaxil olub. BTT rəhbərliyi ilə keçirilən işgüzar görüş çərçivəsindətərəflər terminalın əməliyyat proseslərini, taxılın qəbul vəsaxlanması ilə bağlı texniki detalları, eləcə də tədarüküngenişləndirilməsi imkanlarını müzakirə ediblər.
Səfər zamanı diplomatik əlaqələrə xüsusi diqqət yetirilib.Nurlan Erkojaulı Qazaxıstanın Azərbaycandakı Fövqəladə vəSəlahiyyətli Səfiri Alim Bayel ilə görüş keçirib. Görüşdəticarət-iqtisadi əlaqələrin inkişafına dair ikitərəfli yolxəritəsinin müddəalarına uyğun olaraq ixrac həcmlərinin artırılmasıperspektivləri müzakirə olunub", - məlumatda deyilir.
Bildirilib ki, tərəflər həmçinin mövcud logistik problemlərətoxunublar və təchizat zəncirlərinin dayanıqlığının vəsəmərəliliyinin artırılması üzrə təkliflərlə mübadiləaparıblar:
"BTT-yə taxıl göndərişlərinin həcminin artırılması vəinfrastrukturun modernləşdirilməsi təşəbbüsləri də diqqətmərkəzində olub.
"Ak Bıday Terminal" ASC-nin İdarə Heyətinin Sədrinin işgüzarsəfəri Qazaxıstan və Azərbaycanın aqrar əməkdaşlığınaktivləşdirilməsində qarşılıqlı marağını bir daha nümayiş etdirdi.Qazaxıstan buğdasının Azərbaycana tədarükü ixrac marşrutlarınıngenişləndirilməsi və Qafqaz-Xəzər regionunda, eləcə də onunhüdudlarından kənarda iqtisadi əlaqələrin möhkəmləndirilməsiistiqamətində strateji addım kimi qiymətləndirilir".