AZ

Özgür Özelə hücum edən şəxs həbs edildi

CHP sədri Özgür Özələ hücum edən Səlcuq Tengioğlu "ictimai vəzifəyə görə qəsdən adam yaralamaq" ittihamı ilə həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunula bağlı Türkiyə KİV məlumat yayıb.

CHP sədri Özgür Özələ hücumla bağlı istintaq davam edir.

İstanbulda həyatını itirən Sırrı Süreyya Öndərin Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən mərasimdən çıxarkən Özələ hücum edərək nəzarətə alınan 66 yaşlı Səlcuq Tengioğlunun İstanbul Asayiş Şöbə Müdirliyindəki əməliyyatları tamamlanıb.

Sağlamlıq yoxlamasından sonra şübhəli Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib.

Hakim şübhəlinin həbsinə qərar verib.

Seçilən
0
1
operativmm.az

2Mənbələr