AZ

Usman Dembele "Arsenal"a qarşı oyunda meydana çıxa bilər

Fransa təmsilçisi PSJ-nin hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Arsenal"la (İngiltərə) cavab oyununda iştirak edə bilər.

"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Luis Enrike qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında bildirib.

27 yaşlı futbolçu "Arsenal"a qarşı ilk matçda (1:0) qələbə qolunu vursa da, zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Usman Dembele cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 oyun keçirib və 33 qol vurub.

Seçilən
0
report.az

1Mənbələr