AZ

Kafedə "Mafiya" oyununda tanışını döyən şəxsə hökm oxundu

Xətai Rayon Məhkəməsində kafedə tanışını döyməkdə təqsirləndirilən Məlik Ağarzayevin cinayət işi üzrə məhkəmə prosesi başaq çatıb.

 

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Ağarzayevə üç il azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron nəzarət vasitəsi olan qolbaq tətbiq edilib.

 

İttihama görə, hadisə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən "Apartment 9" kafesində təşkil edilən "Mafiya" oyunu zamanı baş verib.

 

1999-cu il təvəllüdlü M.Ağarzayev "Mafiya" oyununda olan oyunçulardan biri ilə dava edib və ona xəsarət yetirib.

 

M.Ağarzayev barəsində Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə ittiham irəli sürülüb.

 

Oxu.az

Tarix: 6 May 2025, 18:19   
Seçilən
0
pravda.az

1Mənbələr